Şabranda yanğın olub.
"Yeni Sabah" xəbər verir ki, hadisə Şabran şəhəri Nizami küçəsində, Biləcəri Lokomotiv Deposuna məxsus "TEM-27661" markalı teplovozda baş verib.
Hadisə yerinə Şabran Dövlət Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və daha geniş əraziyə keçməsinin qarşısı alınıb. Teplovozun mühərrik hissəsi qismən yanıb. Sezar pizza
Yanğının səbəbləri araşdırılır. /APA
Telegram kanalımız