Azərbaycanda tikintiyə icazə verilməsi qaydası dəyişdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda tikintiyə icazə verilməsi qaydası dəyişdi

Siyasət

05 İyun 2023 19:38 3543


Prezident İlham Əliyev 2018-ci il 28 dekabr tarixli 460 nömrəli fərmanı ilə təsdiq edilmiş “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası”nda dəyişiklik edib.

Yenisabah.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Dəyişikliyə əsasən, bundan sonra tikintiyə icazənin alınması üçün tələb olunan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilməyəcək. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin ediləcək. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!