YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Azərbaycanda turizm: Ərəblərin ölkəmizə axını başlayıb

Azərbaycanda turizm: Ərəblərin ölkəmizə axını başlayıb

Turizm

25 İyul 2022 15:46 5728


Müşahidələr göstərir ki, Azərbaycanın qonşu dövlətlərlə quru sərhəddinin bağlanması səbəbilə daxili turizmdə durğunluq yaşanır. 

Pademiya və sərhədlərin bağlanması Azərbaycanın turizm sektoruna nə qədər zərər verib?

Yenisabah.az-a açıqlamasında turimz üzrə ekspert Cabir Dövlətzadə deyib ki, sərhədlərin bağlanmasının səbəbi xəstəliyin yayılmasının qarşısını almaq və təhlükəsizliyi təmin etmək üçündür.

“Sərhədlərin qapanmasından öncəki illərə nəzər yetirsək ölkəyə ucuz yollarla - avtobus, şəxsi maşın, qatar və.s ilə gələnlərin sayının yüksək olduğunu müşahidə edə bilərik. Lakin indiki dövrdə sərhədlərin bağlı olması və yalnız hava yolu ilə səyahətin mümkün olması səbəbi ilə ucuz yolla ölkəmizə gələnləri itirdik.

AZAL-da qiymətlərin baha olması və digər aviaşirkətlərin fəaliyyət göstərə bilməməsi ölkəyə gələn turistlərin sayında azalmaya səbəb olub. 

Fikrimcə, kiçik avişirkətlərin yenidən fəaliyyətə başlaması ilə ölkəyə ucuz biletlərlə gələnlərin sayı yenidən  artacaq.

Rusiyanın hava yollarına qoyulan sanksiyaların iki gün öncə götürülməsi ilə rus turistlərinin sayında artım müşahidə edəcəyik.

Qurban bayramından sonra ölkəyə gələn ərəb və pakistanlı turistlərin sayında artım var. Gələcək günlərdə həm mərkəzi, həm də bölgələrdəki turizmdə inkişaf müşahidə edəcəyik. Hazırda bölgələrəmizdə yerləşən otel, restoran və istirahət mərkəzlərində çoxlu sayda turist var. Azərbaycan turizmi pandemiyadan sonra yenidən canlanmaya başlayıb və nisətən əvvəlki rəqəmlərə yaxınlaşır. Bu templə Azərbaycan turizmi inkişaf etsə gələcəkdə iqtisadiyyata böyük xeyri olacaq”.

Ekspert proqnoz verib ki, sentyabr ayının 15-nə qədər turizm sahəsində inkişaf daha da sürətlənsə otel, restoran və istirahət mərkəzləri pandemiya zamanı baş vermiş çöküşü bərpa edə biləcək.

Nəsimi Ələsgərli 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!