Azərbaycanda ucuz qiymətə maşınlar satışa çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda ucuz qiymətə maşınlar satışa çıxarıldı

Avto

28 Yanvar 2020 04:48 19624


Azərbaycanda fevralın 25-də dövlət qurumlarının balansında olan avtomobillərin hərracı keçiriləcək.

“Yeni Sabah” xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının balansında olan nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.

Ali Məhkəmənin balansında olan nəqliyyat vasitəsi 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır. Milli Məclisin İşlər İdarəsinin balansında olan nəqliyyat nəqliyyat vasitələri 5-ci dəfə 50% endirimlə satışa çıxarılır. Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının balansında olan nəqliyyat nəqliyyat vasitəsi 5-ci dəfə 50% endirimlə təqdim ediləcək. “Azəristiliktəchizat” ASC-nin balansında olan nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır. Toyuqlu pizza

Sifarişlər Əmlak Məsələləri Dövlət Komitəsi Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e–emdk.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec üç bank günü qalanadək qəbul olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!