Gəncədə oğurluq hadisəsi baş verib.
“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, hadisə Azərbaycan Dövlət Aqrar Universitetində qeydə alınıb. Universitetdən 15 ədəd komputeri oğurlanıb. Hadisə ilə bağlı polisə məlumat verilib.
Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.
Telegram kanalımız