Azərbaycanda ürək xəstələri üçün məktəb yaradılıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda ürək xəstələri üçün məktəb yaradılıb

Sağlamlıq

01 Mart 2019 22:47 1213


Azərbaycanda ilk dəfə olaraq ürək xəstələri üçün məktəb yaradılıb.

Səhiyyə Nazirliyindən "Yeni Sabah"a verilən məlumata görə, akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu nəzdində xroniki ürək çatışmazlığı xəstələri və onların qohumları üçün geniş reabilitasiya proqramı başlanılıb.

Belə xəstələr üçün məktəb yaradılıb. Məktəbdə dərslərdə xəstəliyin səbəbləri, simptomları, düzgün həyat tərzinin aparılması və vəziyyətlərinə uyğun pəhrizin saxlanılması yolları izah olunur.

Proqrama kliniki kardioloqlar, psixoloqlar,reabilitoloqlar, diyetoloqlar, endokrinoloqlar cəlb olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!