Tovuz rayonunda tanımış vəkil güllələnib.
"Yeni Sabah" "Baku.ws"ə istinadən verdiyi xəbərə görə, vəkil Firudin Ələkbərli rayonun mərkəzində odlu silahdan güllələnib.
Vəkil təcili xəstəxanaya yerləşdirilib. Dördpendirli pizza
***
Tovuz rayonunda güllələnən sabiq məhkəmə sədri xəstəxanada ölüb. "Report" yazır ki, rayon sakini, 1963-cü il təvəllüdlü Ələkbərov Firudin Muxtar oğlunu həmyerlisi, 1959-cu il təvəllüdlü Şəmiyev Əli Məhərrəm oğlu güllələyib. F.Ələkbərli 3 güllə yarası alıb və xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Vəkillər Kollegiyasından bildirilib ki, Firudin Ələkbərli vəkil deyil. O, Tovuz Rayon Xalq Məhkəməsinin (indiki Tovuz Rayon Məhkəməsinin) sabiq sədridir. O, 1995-ci ildə fəaliyyətində qanunun kobudcasına pozulmasına görə vəzifədən azad edilib və xalq hakimi səlahiyyətindən vaxtından əvvəl məhrum olunub.


Telegram kanalımız