Azərbaycanda vəkillərə təzyiqlər haqqında bəyanat

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda vəkillərə təzyiqlər haqqında bəyanat

Xalqın səsi

28 Fevral 2019 02:00 1268


2019-cu il fevralın 19-da Azərbaycanlı vəkil Fuad Ağayev Avropa Parlamentinin insan hüquqları üzrə alt komitəsində insan hüquqlarını müdafiə edən vəkillərə təzyiqlər haqqında dinləmələr çərçivəsində çıxış edib.

O, öz çıxışında bildirib ki, Azərbaycan Vəkillər Kollegiyası son 20 il ərzində pisdən daha pisə doğru yol qət edib və təəssüf ki, bu gün ən pis vəziyyətdədir. Peşəkar hüquqşünaslar assosiasiyaları, beynəlxalq standartlarda aydın şəkildə qeyd edildiyi kimi, peşə standartlarına və etikasına riayət olunmasında mühüm rol oynayır. Onlar öz üzvlərini təqiblərdən və qanunsuz məhdudiyyətlərdən və pozuntulardan qoruyur. Onlar ehtiyacı olan hamıya hüquqi xidmətlər göstərir. Və onlar ədalətə və ictimai maraqlara şərait yaratmaq üçün hökumət qurumları və digər təsisatlarla əməkdaşlıq edir.

Amma bütün bunlar Azərbaycan Vəkillər Kollegiyasına tam aid deyil. pizza sifarişi

Azərbaycan hökuməti bu qurum vasitəsilə siyasi cəhətdən həssas işlərlə məşğul olan vəkillərə-hüquq müdafiəçilərinə təzyiq göstərir.

Vəkillərin-hüquq müdafiəçilərinin Vəkillər Kollegiyasına qəbulu və ondan kənarlaşdırılması məsələsində siyasi qərəz var.

Nəticədə, yalnız bir ovuc vəkil-hüquq müdafiəçisində məhkəmələrdə azərbaycanlıların hüquqlarını müdafiə etmək imkanı var.

Risk ondadır ki, bütün bunlar milli məhkəmələrdə, habelə Avropa Şurası və Avropa İnsan Hüquqları Məhkəməsi ilə işlərdə əməkdaşlıq edən insan hüquqları sahəsində azərbaycanlı vəkillərin tamamilə yox olmasına gətirib çıxaracaq.

Bununla yanaşı, Azərbaycan Vəkillər Kollegiyası vəkillərin hüquq müdafiəçiləri ilə bağlı işlərdə konfidensiallığı qoruyub saxlamaq vəzifəsinə əməl etməsinə münasibətdə qeyri-ardıcıllıq göstərir, deyə Ağayev bildirib.

Fuad Ağayev öz çıxışını bir sıra tövsiyələrlə yekunlaşdırıb:

Azərbaycan hakimiyyəti Vəkillər Kollegiyasının müstəqilliyini təmin etməli və Avropa İnsan Hüquqları Məhkəməsinin vəkillərin vacib rolu və Vəkillər Kollegiyasının müstəqilliyi haqqında qərarlarını icra etməlidir.

Beynəlxalq ictimaiyyət hakimiyyətdən insan hüquqları üzrə vəkillər Əsabəli Mustafayev, İntiqam Əliyev və Ənnağı Hacıbəylinin səfər qadağalarını ləğv etməsini tələb etməlidir. Avropa İttifaqı və Avropa Şurası Vəkillər Kollegiyasının Rəyasət Heyəti ilə əməkdaşlığa son qoymalı və ya dayandırmalıdır, belə ki, bununla onlar Kollegiyanın rəhbərliyinə dəstək verirlər. Vəkillik müstəqil fəaliyyət göstərənə qədər onlar yalnız ayrı-ayrı vəkillərlə əməkdaşlıq etməlidirlər, deyə Ağayev qeyd edib.

Turan


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!