“Yaxın gələcəkdə vergi sistemində süni intellektin tətbiq edilməsi istiqamətində müvafiq danışıqlar aparılır”.
Yenisabah.az Oxu.Az-a istinadən xəbər verir ki, bu fikirləri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin media nümayəndələri üçün keçirilən təlimdə qurumun Tədris Mərkəzinin şöbə rəisi İmran Qarayev deyib.
O bildirib ki, vergi sistemində elektron xidmətlərin keyfiyyətini təmin etmək və təhlükəsizliyi artırmaq məqsədilə bu istiqamətdə danışıqlar aparılır: Sezar pizza
“Süni intellektlə bağlı məsələ, eləcə də elektron auditin tətbiqi, antikorrupsiya sahəsində beynəlxalq əməkdaşlığın artırılması, daxili və ictimai nəzarətin gücləndirilməsi Dövlət Vergi Xidmətinin perspektivləri sırasındadır”.
Telegram kanalımız