“Azərbaycanda vətəndaşın əlindəki 5-10 manatı alan məmur təbəqəsi var“

“Azərbaycanda vətəndaşın əlindəki 5-10 manatı alan məmur təbəqəsi var“

Xalqın səsi Veb saytların hazırlanması

26 Aprel 2022 14:08 8769


"Vətəndaşın cibinə girən, onun əlində olan 5-10 manatı əlindən alan bir məmur təbəqəsi var".

Yenisabah.az xəbər verir ki, bu sözləri APA TV-də yayımlanan “Sosium” verilişində Müsavat qəzetinin baş redaktoru Azər Ayxan deyib. O, məmur özbaşınalığından və talançılığından söz açıb:

“Rayonlarda, kəndlərdə, dövlətin çətiri altında xalqın dərisini soyan, xalqın gəlirinə göz dikən məmurlar var. Həbs olunurlar, işdən çıxarılırlar, cəzalandırılırlar, amma...  Vətəndaşın 500 manatlıq cəriməsini şişirdib ona 5000 manat kimi təqdim edib o pulu ondan almaq istəyən var. Bu, bir ailənin timsalında xalqı dövlətdən narazı salmaqdır. Xalqı dövlətin üstünə qaldırmaqdır. Bu xaricdən idarə olunan qruplardan daha betər, daha təhlükəli siyasətdir. Dövlətin çətiri altında, prezidentin portreti altında oturub quldurluqla məşğul olan məmurların fəaliyyətinə son qoyulmalıdır. Bu bahalıqdan da, infilyasiyadan da, hətta devalvasiyadan da təhlükəlidir”.

Cavad Salmanlı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!