Azərbaycanda vəzifəli şəxs cəzalandırıldı   - SƏBƏB + FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda vəzifəli şəxs cəzalandırıldı - SƏBƏB + FOTOLAR

Hadisə

16 May 2020 17:45 1553


Tərtər şəhərində ağacların dibinin betonlanması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan məlumat yerində araşdırılıb.

Bununla bağlı Yenisabah.az-a Nazirliyin Mətbuat Xidmətindən məlumat verilib.

Araşdırma zamanı şəhərin Nizami küçəsində Tərtər bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində 17 ədəd müxtəlif cinsli ağacın gövdəsinin betonlandığı müəyyən edilib. pizza

Faktla bağlı əraziyə cavabdeh Tərtər bələdiyyəsinin sədri Tünzalə Vəliyeva barəsində protokol tərtib edilib və o, 1000 manat məbləğində cərimə olunub.

Ağacların dibi Nazirliyin əməkdaşlarının nəzarəti altında betondan təmizlənərək suvarılıb.

Ağaclara gələcəkdə aqrotexniki qulluq göstərilməsi məqsədilə bələdiyyə sədrinə icrası məcburi olan “məcburi göstəriş” verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!