Azərbaycanda vəzifəli şəxs işdən çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda vəzifəli şəxs işdən çıxarıldı

Rəsmi

14 Aprel 2026 17:33 1332


Maliyyə Monitorinqi Xidmətinin vəzifəli şəxsi işdən çıxarılıb.

"Yeni Sabah" oxu.az-a istinadla xibər verir ki, Xidmətin İdarə Heyəti sədrinin müşaviri Kəmalə Əliyeva vəzifəsindən azad edilib.

O, 2020-ci ildən bu vəzifədə çalışırdı. Dominos pizza

Xatırladaq ki, Maliyyə Monitorinqi Xidməti Prezident İlham Əliyevin 25 may 2018-ci il tarixli Fərmanı ilə yaradılıb, dövlət başçısının 18 iyul 2018-ci il tarixli Fərmanı ilə isə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Xidmətin əsas məqsədi cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin, əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq üçün qanunla müəyyənləşdirilmiş tələblərə riayət olunmasına nəzarət etmək, bu sahədə vahid tənzimləməni həyata keçirmək, monitorinq iştirakçılarının, nəzarət və digər dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək, şəffaflığı və səmərəliliyi təmin etməkdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!