Azərbaycanda vəzifəli şəxs vəfat etdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda vəzifəli şəxs vəfat etdi - Foto

Sosial

11 Sentyabr 2024 20:43 1106


Qazax Rayon Mərkəzi Xəstəxanasının həkimi vəfat edib.

Yenisabah.az xəbər verir ki, bu barədə xəstəxanadan məlumat verilib.

Bildirilib ki, Qazax Rayon Mərkəzi Xəstəxanasının Qazax rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri və Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin böyük tibb bacısı Sevda Həsənova dünən vəfat edib. pizza

Qeyd edək ki, Sevda Həsənova 1962-ci il tarixində Qazax rayonunda anadan olub.

1980-1983-cü illərdə Sumqayıt Tibb Kollecində təhsil alıb. 1983-1998-ci illərdə Qazax Rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işləyib. 1998-2015-ci illərdə Qazax rayon Dəri Zöhrəvi Dispanserində baş tibb bacısı vəzifəsində çalışıb.

2015-ci ildən etibarən Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinin böyük tibb bacısı vəzifəsinə təyin olunub. Qazax Rayon Mərkəzi Xəstəxanasının Qazax rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri və Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatı Qazax Rayon Mərkəzi Xəstəxana ərazi partiya təşkilatının sədri vəzifələrində çalışıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!