Azərbaycanda vəzifəli şəxslərə cinayət işi açıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda vəzifəli şəxslərə cinayət işi açıldı

Kriminal

06 Noyabr 2025 10:30 1013


Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar Xidmətlər Agentliyinin Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin vəzifəli şəxslərinə cinayət işi açılıb.

“Yeni Sabah” "Qafqazinfo"ya istinadla xəbər verir ki, mərkəzin rəhbər şəxsləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumatlar araşdırılıb.

Araşdırma nəticəsində vəzifəli şəxslərə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə işin başlanmasına qərar verilib. pizza mizza

Faktla bağlı istintaq tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!