Azərbaycanda vəzifəli şəxslərə yeni tələblər qoyulur

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda vəzifəli şəxslərə yeni tələblər qoyulur

Xalqın səsi

04 Aprel 2022 21:28 999


Azərbaycanda vəzifəli şəxslər tərəfindən təqdim edilən maliyyə xarakterli məlumatlar haqqında bəyannamədəki məlumatların müvafiq məlumat bazalarındakı məlumatlarla uyğunluğunun yoxlanılmasına imkan verən elektron informasiya mübadiləsinin formalaşdırılması ilə bağlı təkliflər təqdim edilməsi nəzərdə tutulub.

Yenisabah.az xəbər verir ki, bu, Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planında əksini tapıb.

Sənədə əsasən, Nazirlər Kabineti Baş Prokurorluq, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası ilə birgə 2022-2026-cı illər ərzində maliyyə xarakterli məlumatların elektron formada təqdim edilməsi işinin təşkili, qanunsuz varlanmaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı təkliflər verilməsini təmin etməlidir. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!