Azərbaycanda xarici dövlətlərdə qeydiyyatda olan avtomobillərdən yol vergisinin tutulması qaydası dəyişir

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda xarici dövlətlərdə qeydiyyatda olan avtomobillərdən yol vergisinin tutulması qaydası dəyişir

Avto

26 Noyabr 2020 21:40 4562


Azərbaycanda xarici dövlətlərdə qeydiyyatda olan avtomobillərdən yol vergisi tutulması ilə bağlı yeni prosedur müəyyənləşir.

Yenisabah.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edilən və parlamentə tövsiyə olunan Gömrük Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan Gömrük Məcəlləsinə əsasən, yol vergisi xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri gömrük ərazisinə daxil olan zaman gömrük orqanları tərəfindən tutulur və bir bank günü ərzində dövlət büdcəsinə köçürülür. pizza mizza

Layihəyə əsasən, yol vergisi xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri gömrük ərazisinə daxil olan zaman gömrük sərhəd buraxılış məntəqələrində və ya gömrük rəsmiləşdirilməsi yerlərində, gömrük ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı hallarda isə gömrük sərhəd buraxılış məntəqələrində gömrük orqanları tərəfindən tutulacaq və 1 bank günü ərzində dövlət büdcəsinə köçürüləcək.

Vergi Məcəlləsinə də anoloji məzmunda dəyişiklik təklif olunur.  /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!