Azərbaycanda yenə də qar yağacaq - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda yenə də qar yağacaq - Açıqlama

Sosial

20 Aprel 2019 20:22 1393


Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2019-cu il aprelin 19-u gündüzdən 20-si səhərədək müşahidə olunmuş faktiki hava şəraiti haqqında açıqlama yayıb.

Nazirlikdən “Yeni Sabah”a daxil olan xəbərə görə, aprelin 19-u gündüzdən 20-si səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb, ayrı-ayrı yerlərində leysan xarakterli intensiv olub, dağlıq və dağətəyi rayonlarda qar yağıb. Respublikanın əksər çaylarında yağan leysan xarakterli intensiv yağışla əlaqədar çaylarda sululuq artıb və hal-hazırda artım davam edir. 

Səhər saatlarına olan məlumata əsasən Böyük Qafqazın bəzi yerlərində: Şəki, İsmayıllı, Oğuz, Qəbələ, Sarıbaş (Qax), Əlibəy (Zaqatala), Quba, Xınalıq, Altıağac, Xaltan, Qırız, Qusaryasaq, Şamaxıda, Naxçıvan MR-nın bəzi yerlərində: Ordubad, Paraqa, Nurgüt (Ordubad), Biçənək, Batabat, Kükü (Şahbuz), Ərəfsədə (Culfa) hal-hazırda qarın yağması davam edir. Ölkə ərazisində qeyri-sabit hava şəraitinin aprelin 24-dək davam edəcəyi, fasilələrlə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.   Dördpendirli pizza

Bakıda və Abşeron yarımadasında: 0-2 mm; 

Böyük Qafqazda: 3-18 mm; 

Naxçıvan MR-da: 4-23 mm, Nürgütdə (Ordubad) 30.0 mm; 

Qazax-Gəncə zonasında:  3-15 mm; 

Kiçik Qafqazda:  10-13 mm; 

Mərkəzi-Aran rayonlarında:  2-10 mm; 

Lənkəran-Astara zonasında:  6-49 mm olmuşdur.

Qar örtüyünün hündürlüyü: Paraqada (Ordubad) 15 sm, Nürgütdə (Ordubad) 10 sm, Qırızda 

6 sm, Daşkəsən, Şahdağda 5 sm, Lerik, Xınalıq, Altıağacda 4 sm, Gədəbəy, Xaltanda 3 sm, Yardımlı, Göygöldə 2 sm, Ağdərə, Biçənəkdə (Naxçıvan), Quba, Qusarda 1 sm olub. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!