Azərbaycanda yeni nazirlik yaradılır 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda yeni nazirlik yaradılır 

Siyasət

15 Oktyabr 2021 13:35 5967


Azərbaycanda səhiyyə sistemi yenidən vahid qurum altında fəaliyyət göstərə bilər.

Bu barədə Qaynarinfo-ya etibarlı mənbədən məlumat daxil olub. Bildirilir ki, hazırda Azərbaycanda səhiyyə sistemi Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və bu qurumun nəzdində fəaliyyət göstərən TƏBİB arasında bölüşdürülməklə fəaliyyət göstərir. 

Bu qurumlarda işlər düzgün bölüşdürülmədiyindən səhiyyə sistemi ilə bağlı ciddi narazılıqlar var. Xüsusən bu sahədə çalışan elm adamları sistemin vahid qurum altında fəaliyyət göstərməsinin tərəfdarıdırlar.  Pepperoni pizza

Həmçinin, xeyli sayda həkimlər artıq dövlət xəstəxanalarında çalşmaqdan imtina edir və özəl xəstəxanalarda işlərini davam etdirirlər. 

Bununla bağlı narazılıqlar artıq yuxarı instansiyalara da çatdırılıb. Bildirilir ki, icbari tibbi sığortaya keçid dövrü olduğundan hazırda səhiyyə sistemi bu cür formatda fəaliyyət göstərir. 

Mənbə bildirir ki, bütün bunları nəzərə alan hökumət yaxın gələcəkdə Səhiyyə və Sığorta Nazirliyi yaratmağı, səhiyyə sistemini bu nazirlikdə birləşdirməyi planlaşdırır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!