Azərbaycanda yeni siyasi partiya yaradılır

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda yeni siyasi partiya yaradılır

Siyasət

19 Oktyabr 2021 16:33 1328


18 oktyabr 2021-ci il tarixdə ölkənin bir qrup ictimai-siyasi fəalı “Demokratik Dəyişim Partiyası”nın (DDP) təsis edilməsinə təşəbbüs göstərərək, təsis qurultayının hazırlanması, çağırılması və keçirilməsi məqsədilə təşkilat komitəsi yaradıb və onun sədrini seçib. 

Bu barədə Yenisabah.az-a təşkilat komitəsindən məlumat verilib.

Bildirilib ki, “Demokratik Dəyişim Partiyasının” Təşkilat Komitəsinin sədri Əli Mustafa seçilib. pizza hut

“DDP-nin təsis edilməsinə təşəbbüsün əsas məqsədi kimi Azərbaycan xalqının suverenliyinin qorunmasına, ölkədə demokratiyanın bərqərar olunmasına və milli maraqların təmin edilməsinə nail olunması bəyan edilmişdir”,-deyə Təşkilat Komitəsi açıqlama verib.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!