Azərbaycanda yeni telekanal fəaliyyətə başlayacaq

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda yeni telekanal fəaliyyətə başlayacaq

Rəqəmsal

11 Fevral 2026 19:04 1382


Fevralın 11-də Audiovizual Şurası iclası keçirilib və lisenziya üçün müraciətlərə baxılıb.

"Yeni Sabah" bu barədə Audiovizual Şuraya istinadən xəbər verir.

Qeyd olunub ki, təqdim olunmuş sənədlərin və iqtisadi əsaslandırmanın yoxlanılması, habelə yerində keçirilmiş baxışın nəticələri əsasında Audiovizual Şura "Kinobox" MMC-yə sifarişli yayım xidməti provayderi lisenziyasının (xidmət adı: "Kinobox" olmaqla) verilməsi haqqında qərar qəbul edib. pizza mizza

İclasda, həmçinin "Mahnı" MMC-nin lisenziya alınması üçün müraciəti müzakirə olunub. Ərizəçinin sənədlərinə, iqtisadi əsaslandırmasına, habelə texniki və proqram təminatına baxışın nəticələrinə əsasən ona peyk yayımı həyata keçirməyən platforma yayımçısı (televiziya redaksiyasının adı: "Mahnı TV" olmaqla) lisenziyasının verilməsi haqqında qərar verilib.

İclasın sonunda "Aznet Technologies" QSC-nin təşkilati-hüquqi formasının dəyişilməsi ilə əlaqədar Audiovizual Şuraya ünvanladığı müraciətə əsasən "Aznet" və "Araznet" operator xidmətləri üçün verilmiş lisenziyaların "Aznet Technologies" MMC-nin adına yenidən rəsmiləşdirilməsi haqqında müvafiq qərarlar qəbul edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!