Azərbaycanda yeni virus yayılıb - Əhalinin nəzərinə!

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda yeni virus yayılıb - Əhalinin nəzərinə!

Sağlamlıq

23 Fevral 2020 13:27 1264


Tovuzun bir neçə kəndində "parotit", yəni el dilində "qulaqdibi" xəstəliyi yayılıb. "Yeni Sabah" Baku.ws-ə istinadla xəbər verir ki, xəstəlik dörd aydır davam edir. Xəstəlik virus tipli olduğundan daha çox yayılma xüsusiyyətinə malikdir. Elə bu səbəbdən də xəstəliyin kökünü indiyə qədər kəsmək mümkün olmayıb. Məktəblərdə xəstəliyə tutulan şagirdlər ən azı 20-25 gün dərsə davamiyyətini dayandırıb. Xəstəlik ilk dəfə rayonun Aşağı Quşçu kəndində yayılıb. Bundan sonra xəstəlik Qovlar, İbrahimhacılı və digər yaşayış məntəqələrində də yayılmağa başlayıb. Virusun ən çox yayıldığı yerlər məktəblərdir.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!