Azərbaycanda yeni xəbər saytı yarandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda yeni xəbər saytı yarandı

Rəqəmsal

10 Dekabr 2019 10:58 1552


Bu gündən internet məkanında yeni informasiya və analitika portalı 7-gun.com fəaliyyətə başlayıb. Saytın baş redaktoru Elxan Qənbərli portalın məram və məqsədləri  haqqında məlumat verib:

«Kəmiyyət deyil, keyfiyyət üzərindən uğur qazanmaq əzmindəyik. Hazırda elektron informasiya efirində internet resurslarının sayı sürətlə artır və rəqabət  çox böyükdür. Bununla belə, ciddi jurnalistika ilə məşğul olan,  tərəddüdsüz etibar edilən, güvənilən və informasiya siyasətini maarifçilik üzərində qurmuş saytlar azdır. 

7-gun.com məhz bu səbəbdən korporativ maraqlar naminə ucuz sensasiya və “sarı” xəbər formatından imtina etməyi düşünür. Kəmiyyət deyil,  keyfiyyət kateqoriyası əsasında cəmiyyət üçün zəruri və  faydalı informasiya  istehsalına, yayımına üstünlük verəcəyik.  Marqarita pizza

Qırmızı cizgilərimiz də keçilməzdir: Azərbaycanın dövlət və milli maraqlarına, mənəvi dəyərlərinə uyğunluğu prioritet fəaliyyət istiqaməti seçən  7-gün.com  informasiya siyasətində mötəbərlik, obyektivlik, tərəfsizlik prinsiplərinə əsaslanacaq. 

Modern texnologiya və müasir dizayn elementləri əsasında hazırlanmış 7-gun.com portalının texniki imkanları genişdir. Odur ki, qeyd olunan prinsiplər çərçivəsində Azərbaycana fayda vermək istəyən hər kəs - jurnalistlər, ədiblər, elm-mədəniyyət-idman xadimləri, ictimai fəallar portalımızda çıxış edə, hətta öz fərdi yaradıcılıq səhifələrini yarada, idarə edə bilərlər”. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!