Azərbaycanda yenidən koronavirusa yoluxma sayı kəskin artdı,   bir nəfər öldü - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda yenidən koronavirusa yoluxma sayı kəskin artdı, bir nəfər öldü - Foto

Sağlamlıq

07 İyul 2021 19:44 3200


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 127 yeni yoluxma faktı qeydə alınıb, 54 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından bir nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 336 684 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 567 nəfər müalicə olunaraq sağalıb, 4 979 nəfər vəfat edib, aktiv xəstə sayı 1 138 nəfərdir. Dominos pizza

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 025, ötən müddət ərzində isə ümumilikdə 3 813 017 test aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!