Azərbaycanda yeniyetmə özündən 12 yaş böyük şəxsi bıçaqladı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda yeniyetmə özündən 12 yaş böyük şəxsi bıçaqladı

Kriminal

29 Yanvar 2023 08:41 900


Şəkidə yeniyetmə özündən 12 yaş böyük şəxsi bıçaqlayıb. 

Hadisə bu gün axşam saatlarında şəhər ərazisində qeydə alınıb. 

Belə ki, Şəki şəhər sakinləri, 1994-cü il təvəllüdlü Xəyyam Elmar oğlu Adışirinov və 2006-cı il təvəllüdlü Yəhya Məmmədov arasında baş verən mübahisə nəticəsində 17 yaşlı Yəhya Məmmədov özündən 12 yaş böyük 29 yaşlı Xəyyam Adışirinova bıçaqla xəsarət yetirib.  pizza sifarişi

Yaralanan X.Adışirinov Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov "Report"un sorğusuna cavab olaraq bildirib ki, hadisəni törədən yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıb. Mübahisənin hansı zəmində baş verməsi ilə bağlı rayon polis şöbəsində müvafiq araşdırmalar aparılır. 

Məlumata görə, hadisə tərəflər arasında söyüşə görə baş verib./Report

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!