Qazax rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Yeni Sabah" xəbər verir ki, "VAZ-21011" markalı avtomobilin "Niva" markalı avtomobillə toqquşması nəticəsində, Ağstafa rayon Düzqışlaq kənd sakini, 1993-cü il təvəllüdlü Rüfət Yaşar oğlu Mustafayev, Qazax rayon Daş Salahlı kənd sakini, 1990-cı il təvəllüdlü Natiq Nəbi oğlu Zülfüqarov və onun üç yaşlı qızı Səma xəsarət alıb.
Hər üç şəxs Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıb. Dominos pizza
Faktla bağlı araşdırma aparılır. /report.az
Telegram kanalımız