Azərbaycanda yol qəzasında iki nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda yol qəzasında iki nəfər öldü

Hadisə

31 Oktyabr 2019 18:57 1301


Şabran rayonunda yol qəzası baş verib. 

"Yeni Sabah" xəbər verir ki, hadisə Bakı-Qəndob-Rusiya avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı minik avtomobili ilə "Hyundai" markalı yük maşını toqquşub. Nəticədə "VAZ-2106"nın sürücüsü, 1982-ci il təvəllüdlü Vasif İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onun həyat yoldaşı Könül İsmayılova isə hadisə yerində ölüb. Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Pepperoni pizza

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.  

Faktla bağlı araşdırma aparılır. /report.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!