“Azərbaycanda yüksək səviyyəli futbolçu yoxdur“ - Şərh

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanda yüksək səviyyəli futbolçu yoxdur“ - Şərh

İdman

26 Mart 2019 19:10 1790


"Bu, bir yoxlama oyunu idi. Baş məşqçi bir çox futbolçuları nəzərdən keçirməli idi. Biz gördük ki, tam nəzərdə tutulmuş şəkildə 6 əvəzetmənin 6-sı da yerinə yetirildi”.

Bu sözləri CBC Sport-un idman şərhçisi Şəmsəddin Abbasov "Yeni Sabah"a açıqlamasında deyib. O, Azərbaycan-Litva arasında keçirilən yoldaşlıq oyunundan danışarkən bu oyunu böyük göstərici kimi qiymətləndirmədiyini söyləyib: 

"İlk dəfə olaraq, Əli Babayev milli komanda da debüt etdi. Bütövlükdə bu oyunu böyük göstərici kimi saymıram. Düşünürəm ki, komandanın əsas gücü iyun ayında təsnifat mərhələsində keçiriləcək oyunlarda bilinəcək. Yurçeviçə gəlincə, o, sübut etdi ki, bilikli baş məşqçidir, sıradan bir insan deyil. Getdikcə futbolçularımızı daha yaxından tanıyacaq. Onun milli komandaya fayda verəcəyini düşünürəm".  Sezar pizza

Ş.Abbasov "milli komandada yerli baş məşqçi olsaydı daha yaxşı olardı" kimi fikirlərə də münasibət bildirib. O, Qurbanovdan başqa yerli məşqçini milli komandada görmədiyini söyləyib:

"Ən yaxşı yerli məşqçimiz komandanın başında durdu. Azərbaycan milli komandası kimi imkanları aşağı olan komandalara Avropa Çempionatının final mərhələsinə vəsiqə qazanması üçün Millət Liqasında gözəl şərait yaradılmışdı. Malta, Farer Adaları və Kosovo ilə mübarizədə komandamız 2-ci yeri tutaraq qrupdan çıxa bilmədi. Belə hesab edirəm ki, Qurban Qurbanov 1 nömrəli məqsədin öhdəsindən gələ bilsəydi o, millinin başında qalmalıydı. Sadəcə ola bilər ki, 2 işi görmək çox çətin oldu. Çünki həmin mövsümdə "Qarabağ"ın da yaxşı oyun sərgiləmədiyini deyə bilərəm. Q.Qurbanovun getməsində əsas səbəblərdən də biri bu idi. Belə olan halda millinin başında dayanacaq başqa yerli məşqçi görmürəm. Haqlı olaraq da AFFA əcnəbi mütəxəssisə üz tutdu". 

Şərhçi milli komandanın AÇ-2020-nin seçmə mərhələsində baş tutacaq oyunları haqqında da fikirlərini bölüşüb:

"Futbolda hər şey məşqçidən asılı deyil. Azərbaycanda yüksək səviyyəli futbolçu yoxdur. Qrup səviyyəsindəki rəqiblərə baxsaq, bu komandaların hamısı sonuncu Avropa Çempionatının final mərhələsində çıxış etdiyini görərik. Bu komandaların heyətində də Avropanın aparıcı liqalarında çıxış edən yüksək ustalıq səviyyəsinə malik futbolçular var. Biz isə Rusiya Premyerliqasında çıxış edən Ramil Şeydayevi qeyd edə bilərik. Amma bu da bizə 1-ci və 2-ci yer uğrunda mübarizə aparmağımıza imkan verməyəcək. Lakin futbolda hərşey olur. Uğurlu nəticə üçün isə gəncləşdirmə siyasəti aparmalı, gələcəyə hesablanmış bir komanda qurmalıyıq. Edi İsrafilovun timsalında xaricdə yaşayan futbolçulardan perspektivli futbolçular çıxdığını görürük. Onların hər birindən fərqli yararlanmaq lazımdır".

Naibə Məmmədova

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!