Azərbaycanda yüksək vəzifəyə yeni   TƏYİNAT - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda yüksək vəzifəyə yeni TƏYİNAT - FOTO

Siyasət

20 Avqust 2022 20:20 1784


Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin rəis müavini təyin olunub.

Yenisabah.az xəbər verir ki, ədliyyə naziri Fikrət Məmmədovun müvafiq əmri ilə bu vəzifəyə bir müddət əvvəl Abdullayev Mehdi Kamal oğlu layiq görülüb. 

M.Abdullayev bu ilin aprel ayından Ədliyyə Nazirliyində çalışmağa başlayıb. O bir neçə il əvvəl də Azərbaycan Respublikası Ədliyyə Nazirliyində aparıcı mütəxəssis, İstintaq İdarəsində müstəntiq işləyib. Toyuqlu pizza

Qeyd edək ki, Mehdi Abdullayev Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın oğludur. M.Abdullayev bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin müşaviri vəzifəsində çalışıb.

/Qaynarinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!