Azərbaycanda zabit faciəvi şəkildə həlak oldu - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda zabit faciəvi şəkildə həlak oldu - FOTO

Kriminal

26 Oktyabr 2024 11:20 2106


Oktyabrın 24-ü saat 20 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Yeni Sabah” “Qafqazinfo”ya istinadla xəbər verir ki, 68 yaşlı Həziyev Səfəralı Məstalı oğlunun idarə etdiyi “Hyundai Elantra” markalı avtomobil taxta dolu yükü daşıyan “KamAZ”a çırpılıb.

Ağır bədən xəsarətləri alan S.Həziyev hadisə yerində ölüb. Toyuqlu pizza

Bildirilir ki, qəzada vəfat edən Səfəralı Həziyev əvvəllər hüquq-mühafizə orqanlarında zabit kimi çalışıb və Birinci Qarabağ müharibəsi veteranıdır.

Faktla bağlı Qaradağ RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!