Azərbaycanda səs verən Türkiyə vətəndaşlarının bülletenləri Bakıdan yola salınıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı “Twitter“də yazıb.
Türkiyədə 14 mayda keçiriləcək prezident və parlament seçkiləri ilə əlaqədar Azərbaycanda səs verən Türkiyə vətəndaşlarının 5-6-7 may tarixlərində 3 məntəqədə seçki qutularına atdıqları bülletenlər bu gün Türkiyənin Mərkəzi Seçki Komissiyasına (YSK) təhvil verilib. pizza sifarişi
“Ölkəmizə, millətimizə, gələcəyimizə xeyirli olmasını arzu edirik”, - deyə diplomat əlavə edib.
Telegram kanalımız