Azərbaycandan 10 nəfər Həccə pulsuz gedib

Azərbaycandan 10 nəfər Həccə pulsuz gedib

Din Veb saytların hazırlanması

07 Avqust 2019 19:40 1357


Dünyanın müxtəlif müsəlman ölkələrindən olan 6 mindən çox mömin bu il də Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləzizin hesabına Həcc ziyarətinə getmək imkanı qazanıb.

“Yeni Sabah” xəbər verir ki, kral Salman bin Əbdüləzizin dəvəti ilə Həcc ziyarətinə yollanan 10 nəfər Azərbaycan vətəndaşından ibarət qrupa ilahiyyatçı Yaşar Qurbanov rəhbərlik edir.

Səfər zamanı Səudiyyə Ərəbistanının “Qurani-Kərim” radiosuna müsahibə verən Yaşar Qurbanov iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayaraq, Azərbaycanlı zəvvarlara göstərilən diqqət və qayğıya görə kral Salman bin Əbdüləzizə minnətdarlığını bildirib.

O, Azərbaycandan Həcc ziyarətinə zəvvarların dəvət edilməsinə görə Səudiyyə Ərəbistanının Bakıdakı səfiri doktor Həməd bin Abdullah bin Xudeyrə də təşəkkür edib.

Yenicag.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!