Azərbaycandan bu ölkəyə tonlarla qurbağa ayağı göndərilib

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycandan bu ölkəyə tonlarla qurbağa ayağı göndərilib

İqtisadiyyat

09 Aprel 2026 09:27 3661


2026-cı ilin ötən dövrü ərzində Azərbaycanın ixrac etdiyi at ətinin və qurbağa ayaqlarının miqdarı açıqlanıb.

“Yeni Sabah” xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, cari ilin ötən dövrü ərzində Qazaxıstana 20000 kq at əti ixrac üçün sertifikatlaşdırılıb:

"2026-cı ilin ötən dövrü ərzində isə Azərbaycandan İtaliyaya 4080 kq qurbağa ayağı ixrac üçün sertifikatlaşdırılıb", məlumatda bildirilib. Dördpendirli pizza

Qeyd edək ki, 2025-ci ildə Azərbaycan təxminən 23 ton (23006 kq) qurbağa ayağı ixrac edib. Qurbağa əti Azərbaycandan İtaliya (18 032 kq), Fransa (4 808 kq) və İspaniyaya (166 kq) ixrac olunub. Qurbağa əti ölkəmizdə Avropa İttifaqında qeydiyyatda olan 2 müəssisə tərəfindən ixrac olunur.

Ötən il Azərbaycanın ixrac etdiyi at ətinin miqdarı isə 120 ton olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!