Azərbaycandan Çinə bilet alanların nəzərinə -   Onları nə gözləyir?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycandan Çinə bilet alanların nəzərinə - Onları nə gözləyir?

Sağlamlıq

29 Yanvar 2020 13:17 1749


Xəbər verdiyimiz kimi, Çinin Uhan şəhərində koronavirus adlı təhlükəli virus yayılıb. Son məlumatlara görə, bu virus səbəbi ilə ölənlərin sayı 132 nəfər, yoluxanların sayı isə 5,974 nəfərə çatıb. Bu səbəbdən dünyanın inkişaf etmiş ölkələrinin aparıcı turizm şirkətləri bu ölkədəki ağır epidemioloji vəziyyətə görə Çinə turist göndərməyi dayandırır.

Azərbaycanın turizm şirkətləri vətəndaşlarımızın Çinə turlarını təşkil etməyə davam edirmi? Tur paketi almış şəxslər tərəfindən səfərdən imtina halları varmı? Tur paketlərdən imtina edildiyi təqdirdə insanlara kompensasiya verilməsi nəzərdə tutulurmu?

Bu barədə bir neçə turizm şirkətləri ilə əlaqə saxladıq. Bizə bildirildi ki, Azərbaycandan Çinə heç bir tur və ya uçuş təşkil olunmur. Onlar vətəndaşların da virus səbəbindən Çinə getməyə istəkli olmadığını deyiblər.  Dördpendirli pizza

Bəzi şirkətlər isə Çinə tur təşkil edə biləcəklərini bildiriblər. Lakin onlar qeyd ediblər ki, bu turun təşkili baş tutsa belə, bu uçuşu Azərbaycandan reallaşdırmaq mümkün olmayacaq: “Hazırda Çinə uçuşlar dayandırlıb. Gərək başqa ölkədən gedilə. Həmçinin bu da çətin məsələdir. Çümki bir çox ölkələr Çinə uçuşları dayandırıb. Həmçinin bu baş tutsa belə, çox baha olacaq. Digər tərəfdən hazırda əksər şəxslər Çinə getmək istəmir. Digər turizm şirkətlərində olan tanıdıqlarımızdan da bu barədə soruşmuşuq. Onlar da heç bir müştəri Çinə getmək üçün müraciət etmir”.

“Azərbaycan Hava Yolları”ndan isə bildirilib ki, Çindəki epidemioloji vəziyyət səbəbindən “Azərbaycan Hava Yolları”nın 28 mart tarixinədək olan reyslərinə aviabilet əldə etmiş sərnişinlər cərimə olunmadan uçuş tarixlərini dəyişdirə və yaxud aviabiletləri geri qaytara biləcəklər. 

Bundan əlavə, “China Southern Airlines” aviaşirkətinin Bakıdakı ofisini Quançjou-Bakı-Quançjou birbaşa sərnişin aviareysi üzrə uçuşları dayandırıb.

Məlumata görə, buna səbəb Çində tüğyan edən koronavirus olub: “Quançjou-Bakı aviareysi cari ilin aprel ayının 1-dək dayandırılıb. Sözügedən reys üzrə uçuşların bərpa olunmasının dəqiq tarixi bilinmir”.

Qeyd edək ki, hazırda koronavirusla bağlı Azərbaycanda da ciddi tədbirlər görülür. Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Nazirlər Kabinetində Ümumdünya Səhiyyə Təşkilatının və Çin Xalq Respublikası hökumətinin elan etdiyi kimi, Çinin Uhan şəhərində yayılmış və artıq dünyanın başqa regionlarında da qeydə alınmış koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi üçün müşavirə keçirilib.

Nazirlər Kabinetinin Mətbuat Xidmətindən verilən məlumata görə, Baş Nazirin sədrlik etdiyi müşavirədə aidiyyəti dövlət qurumlarının rəhbərləri iştirak ediblər. Müşavirədə epidemiyanın Azərbaycana daxil olmasının qarşısının alınması üçün müzakirələr aparılıb. Müşavirənin yekununda belə hallar üçün nəzərdə tutulmuş aşağıdakı tədbirlərin görülməsi haqda qərar qəbul edilib:

-sərhəd-keçid məntəqələrində gücləndirilmiş iş rejiminə keçilməsi;

-ÇXR-dən, xüsusilə epidemiya zonasından ölkəyə gələn bütün şəxslərin mütləq şəkildə ciddi tibbi müayinədən keçirilməsi və nəzarət altına alınması;

-xüsusi riskli hesab olunan və virusun keçə biləcəyi ərzaq məhsullarının siyahısının hazırlanması və ərzaq bazarında həmin məhsullara nəzarətin gücləndirilməsi;

-səhiyyə ocaqlarında qaynar xətlərin yaradılması;

-virus və onunla mübarizə metodları haqda əhali ilə maarifləndirmə işlərinin aparılması;

-vəziyyətlə bağlı əhaliyə mütəmadi məlumat verilməsi.

Əhalinin nəzərinə çatdırılır ki, ölkədə belə vəziyyətlərdə ehtiyacın yarana biləcəyi bütün tibbi ləvazimatlar kifayət qədərdir.

O da vurğulanıb ki, hazırda ölkəmizdə belə xəstəliyə yoluxma halları müşahidə olunmayıb, Azərbaycanda əhalinin sağlamlığı ilə bağlı vəziyyət dövlətin tam nəzarətindədir və narahatlıq üçün heç bir əsas yoxdur.

Müşavirədə Səhiyyə nazirinin rəhbərliyi ilə və aidiyyəti qurumların iştirakı ilə İşçi qrupunun yaradılması qərarı qəbul edilib.

Tədbirlərin görülməsində Ümumdünya Səhiyyə Təşkilatının müvafiq tövsiyyələri nəzərə alınır.

Azərbaycanın ÇXR-dəkı səfirliyi və ÇXR-in Azərbaycandakı səfirliyi ilə sıx əlaqə saxlanılır. Habelə, Azərbaycanın Çindəki səfirliyi ÇXR-in dövlət qurumları və Çində olan Azərbaycan vətəndaşları ilə daimi təmasdadır.

Sabrina Eldarqızı

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!