Azərbaycandan Ermənistana səfər edənlər kimlərdir? - “Niyyəti bəllidir, ölkədən sığınacaq istəyib...”

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycandan Ermənistana səfər edənlər kimlərdir? - “Niyyəti bəllidir, ölkədən sığınacaq istəyib...”

Siyasət

10 Avqust 2022 22:35 14100


“Azərbaycan vətəndaşları heç bir halda Ermənistana, eyni zamanda, Ermənistan vətəndaşları da Azərbaycana turist kimi gəlib-gedə bilməzlər”.

 Bu sözləri Yenisabah.az-a açıqlamasında hüquqşünas Ramil Süleymanov deyib. O əlavə edib:

“Təbii ki, xarici ölkələrin, misal üçün, Rusiya, Türkiyə, Fransa, İngiltərənin vətəndaşları olan, amma Azərbaycan mənşəli şəxslər Ermənistana daxil ola bilər. Kütləvi idman tədbirləri və bu qəbildən olan tədbirlər zamanı da, hətta düşmən ölkə vətəndaşlarının bir-birlərinin ərazilərinə, qarşılıqlı təhlükəsizlik şərti ilə, gediş-gəliş etməsi mümkündür. Digər tərəfdən, QHT-çilər qarşılıqlı səfərlər edə bilərlər. Məsələn, İkinci Qarabağ müharibəsindən əvvəl, atəşkəs dövründə Azərbyacan QHT nümayəndələri, həm də Ermənistan QHT təmsilçiləri bir-birinin ərazisinə daxil ola bilmişdilər. Bu hallar ölkələrin miqrasiya statistika cədvəlində  turist səfəri kimi qeyd olunur”. Marqarita pizza

Hüquqşünas bildirib ki, qeyri-qanuni şəkildə hər hansı dövlətin ərazisinə keçmək məsuliyyət doğurur:

“Əgər şəxs qeyri-qanuni şəkildə Ermənistana keçirsə, bu zaman Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318-ci maddəsinə əsasən ittiham  olunur. Erməni vətəndaşları isə tranzit olaraq bizim ölkənin ərazisindən keçmiş olduqda halda turist kimi qeydə alınmır. Ola bilər ki, atəşkəs dövründə dəfələrlə qarşı tərəfin vətəndaşları dövlət sərhədini, hətta müdafiə zolağını keçməklə bizim ölkənin ərazisinə daxil olaraq sığınacaq istəyib. Bu şəxsləri birmənalı şəkildə turist və ya dövlət sərhədini qanunsuz keçmək istəyən kimi ittiham oluna bilməz. Çünki niyyəti bəllidir, ölkədən sığınacaq istəyib, üçüncü dövlətin ərazisinə keçməsi barədə xahiş edir”.

Ramil Süleymanov beynəlxalq qanunvericiliyin tələblərini də xatırladıb: 

“Ölkələrin daxili sərhədlərini keçməklə bağlı qaydalara müdaxilə olunmur. Çünki özləri bu qaydaları müəyyən edirlər. Ancaq ümumi prinsiplər var. Məsələn, siyasi sığınacaq almaqla, işgəncələrə məruz qalmamaqla və yaxud tranzit formasında istifadə etməklə bağlı digər ölkələrin, həmçinin Ermənistanın vətəndaşları Azərbaycana gələ bilərlər. Amma şəxs, başqa ölkələr vasitəsiylə Ermənistana keçib sonradan Azərbaycana gələrsə və bu, hüquq-mühafizə orqanlarının araşdırma nəticəsində məlum olarsa, CPM tələbləri ilə rəsmi olaraq hüquq-mühafizə orqanlarına dəvət olunur. Sadəcə olaraq nə məqsədlə getdiyi sual olunur. Çünki burada məlumatların ötürülməsi də ola bilər. Adamın niyyəti müəyyən olunduqdan sonra, şübhəli məqamlar yoxdursa, onunla profilaktik söhbətlər rəsmiləşdirilməklə  sərbəst buraxılır. Əgər hər hansı bir şübhəli bir məqam varsa, müvafiq dövlət qurumu barəsində qətiimkan tədbiri seçməklə ittiham irəli sürə bilər”.

Xatırladaq ki, bu ilin ilk 6 ayında Azərbaycandan Ermənistana 3 nəfər turist səfəri edib.

İmamət İSMAYILOVA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!