Azərbaycandan Gürcüstana gedən bir qrup çinli turist xəstəxanaya yerləşdirildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycandan Gürcüstana gedən bir qrup çinli turist xəstəxanaya yerləşdirildi

Sağlamlıq

30 Yanvar 2020 13:16 1100


Gürcüstanın Kazbegi rayonunda bir qrup çinli turist təcili yardım maşını ilə Tbilisi İnfeksion Xəstəliklər xəstəxanasına gətirilib.

"Yeni Sabah"ın APA-ya istinadən xəbərinə görə, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət Milli Mərkəzinin Elmi Şurasının sədri Paata İmnadze məlumat verib.

O bildirib ki, buna turistlərin arasında iki azyaşlıda yüksək hərarətin olması səbəb olub: “Çinli turistlər koronavirusun yayıldığı Uhan vilayətindən 1300 km uzaqlıqda yerləşən bölgədən gəliblər və bu bölgədə virusa rast gəlinməyib”.  Dominos pizza

P. İmnadze qeyd edib ki, həmin şəxslər müvafiq qaydada müayinədən keçiriləcək və yoxlanılacaqlar.

O, koronavirus ehtimalının olmadığını, bununla belə qaydalara müvafiq olaraq həmin şəxslərin izolyasiya ediləcəklərini vurğulayıb.

Çinli turistlərin yanvarın 21-də Çindən Bakıya, yanvarın 25-də isə Bakıdan Gürcüstana gəldiyi bildirilir.

Bununla yanaşı, Azərbaycandan Gürcüstana gedən daha bir Çin vətəndaşı kəskin respirator simptomlarla Tbilisi İnfeksion Xəstəliklər Xəstəxanasına müraciət edib. Bu barədə xəstəxananın direktoru Tengiz Tsertsvadze məlumat verib. Bildirib ki, 24 yaşlı şəxs xəstəxananın təcrid edilmiş bir bölümündə müayinə edilir və müvafiq yoxlamalar aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!