Azərbaycandan Gürcüstana pul köçürmələri minimuma enib – Nə baş verir?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycandan Gürcüstana pul köçürmələri minimuma enib – Nə baş verir?

İqtisadiyyat

21 Mart 2026 19:52 788


2025-ci ildə Azərbaycandan Gürcüstana kapital xarakterli əməliyyatlar nəzərə alınmadan fiziki şəxslərin pul köçürmələri 26 milyon 244 min ABŞ dolları təşkil edib.

"Yeni Sabah" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 41,6 % azdır.

Hesabat dövründə Azərbaycandan Gürcüstana daxil olan pul baratlarıın ümumi pul köçürmələrində payı isə 8,5 %-dən 5,2 %-ə düşüb. Pepperoni pizza

İl ərzində Gürcüstandan Azərbaycana isə fiziki şəxslər 43 milyon 555 min ABŞ dolları pul köçürmələri həyata keçirib. Bu, 1 il əvvələ nisbətən 23,3 % çoxdur.

Hesabat dövründə Gürcüstandan Azərbaycana daxil olan pul baratlarıın ümumi pul köçürmələrində payı isə 3,3 %-dən 3,7 %-ə çatıb.

Xatırladaq ki, ötən il Azərbaycana xaricdən 1 milyard 176 milyon 992 min ABŞ dolları, Azərbaycandan xaricə isə 505 milyon 139 min pul köçürülüb. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 8,7 % çox və 4,1 % azdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!