Azərbaycandan Həcc ziyarətinə gedən ikinci zəvvar qrupu sabah yola düşəcək

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycandan Həcc ziyarətinə gedən ikinci zəvvar qrupu sabah yola düşəcək

Din

25 May 2025 21:09 2959


Azərbaycandan Həcc ziyarətinə gedən ikinci zəvvar qrupu sabah, mayın 26-da yola düşəcək.

Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

Onun sözlərinə görə, zəvvarlar sabah saat 10:50-də Heydər Əliyev Beynəlxalq Aeroportundan Səudiyyə Ərəbistanına yola salınacaq. Sezar pizza

Zəvvarlar neçə nəfərdir?

Bu mərhələdə 178 nəfərlik zəvvar qrupu Həcc səfərinə çıxacaq. Onlar 4 qrupa bölünüb: ilk qrup 43 nəfərdən, digər üç qrup isə hər biri 45 nəfərdən ibarətdir.

İlk zəvvar qrupu hazırda haradadır?

Hazırda Azərbaycandan yola salınmış ilk zəvvar qrupu miqat üçün nəzərdə tutulan Cöhfə məntəqəsindədir. Orada zəvvarlar ehram bağlama mərasimi həyata keçirir, yəni vacib dini sözləri deyərək ziyarətə daxil olurlar.

Həcc ziyarətinin qiyməti nə qədərdir?

Bu il Həcc ziyarətinin bir nəfər üçün ziyarət paketi 5 950 ABŞ dolları təşkil edir. Ziyarət yalnız vahid formada və hava nəqliyyatı vasitəsilə həyata keçirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!