Azərbaycandan Həcc ziyarətinə ilk uçuş bu tarixdə olacaq

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycandan Həcc ziyarətinə ilk uçuş bu tarixdə olacaq

Din

29 May 2024 10:44 3999


Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbulu başa çatıb.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri bildirib.

Onun sözlərinə görə, ötən gün 1500 kvota yeri dolub: pizza

"İyunun 4-də Azərbaycandan Həcc ziyarəti üçün ilk uçuş olacaq, sonuncu isə iyunun 10-da nəzərdə tutulub. Zəvvarlar bəzi günlər bir, bəzi günlər isə iki təyyarə ilə yola salınacaq".

Qeyd edək ki, Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbuluna fevralın 12-dən başlanılıb. Bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək. Bu il Azərbaycandan Həcc ziyarəti üçün 1500 kvota ayrılıb.

Xatırladaq ki, Həcc ziyarəti Qurban bayramı ərəfəsində olur. Bu il Qurban bayramı iyunun 16-17-si olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!