Azərbaycandan Həcc ziyarətinə sonuncu zəvvar qrupu getdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycandan Həcc ziyarətinə sonuncu zəvvar qrupu getdi

Din

22 İyun 2023 21:58 11103


Azərbaycandan Həcc ziyarətinə sonuncu zəvvar qrupu gedib.

Bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri bildirib. Onun sözlərinə görə, zəvvarlar bu gün günorta saatlarında Məkkəyə çatıblar

“Zəvvarlar axşam dini ayinləri icra edəcəklər. Sonuncu zəvvar qrupunda 180 nəfər olub”. pizza mizza

Qeyd edək ki, Azərbaycandan Həcc ziyarətinə səfər iyunun 17-dən başlayıb. Ümumilikdə 1440 azərbaycanlı zəvvar 8 təyyarə reysi ilə ziyarətə gedib. Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlar təyyarə reysləri ilə 5-11 iyul tarixlərində Vətənə qayıdacaqlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!