Azərbaycandan II İliyanın dəfninə kimlərin gedəcəyi məlum olub -   EKSKLÜZİV

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycandan II İliyanın dəfninə kimlərin gedəcəyi məlum olub - EKSKLÜZİV

Din

18 Mart 2026 17:48 2413


Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliyanın dəfn mərasimində Azərbaycandan kimlərin iştirak edəcəyi məlum olub.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi dini nümayəndə heyətinin mərasimdə iştirakı dəqiqləşib.

Bununla yanaşı, vida mərasiminə Azərbaycan parlamenti və hökumətini təmsil edəcək nümayəndə heyətlərinin qatılacağı da gözlənilir. Mənbə bildirib ki, böyük ehtimalla Milli Məclisin sədri Sahibə Qafarova və Baş nazirin müavini Samir Şərifov da mərasimdə iştirak üçün Gürcüstana səfər edəcəklər. pizza

Qeyd edək ki, II İliya 17 mart tarixində 93 yaşında vəfat edib. Mərhum martın 22-də Sioni Kafedralında dəfn olunacaq.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!