İran ABŞ-ın Tehrana qarşı sanksiyasına cavab olaraq turist axınının təşviqi məqsədilə ölkəyə giriş-çıxışa dair möhürü ləğv edəcək.
Bu barədə hökumətin nümayəndəsi Əli Rabii bildirib. Öz növbəsində isə İran prezidenti Həsən Ruhani ABŞ-ın İrana qarşı sanksiyasına cavab olaraq ölkəyə giriş-çıxışa dair möhürün ləğvindən imtina ilə bağlı təşəbbüsü bəyənib. "Beləliklə, turistlər biləcəklər ki, İrana səfər gələcəkdə onların həyatına heç bir təsir göstərməyəcək", - deyə o açıqlama verib.
Maraqlıdır, İrana turist axının təşviqi ilə bağlı giriş-çıxışa dair möhürün ləğvi Azərbaycandan bu ölkəyə gedənlərə də şamil olunacaq? Sezar pizza
İranın ölkəmizdəki səfirliyinin mətbuat xidmətinin rəhbəri Əli Musəvi xəbəri təsdiqləyib. Amma hələ səfirliyə icra məktubunun gəlmədiyini deyib: “Məlumatdan xəbərimiz var və doğrudur. Bizə hələ icra məktubu gəlməyib. Məsələ ilə bağlı bütün detallar həmin məktubda məlum olacaq”.
Cebhe.info
Telegram kanalımız