Stavropolda "Mercedes" "QAZ 66" ilə toqquşub.
"Yeni Sabah" Rusiya mətbuatına istinadən xəbər verir ki, qəza bu gün baş verib. Azərbaycandan Moskvaya sərnişin daşıyan "Mercedes" markalı mikroavtobus “Qafqaz” federal şossesində, Nevinnomısk şəhəri yaxınlığında “QAZ 66” markalı yük avtomobili ilə toqquşub.
Son məlumata görə, qəza nəticəsində 6 nəfər ölüb, yaralılar var. Onlardan dördü hadisə yerində, ikisi isə xəstəxanaya aparılarkən yolda keçinib. "İnterfaks"ın məlumatına görə, isə ölənlərin hamısı Azərbaycan vətəndaşlarıdırlar. Dominos pizza
İlkin ehtimala görə, "QAZ 66"nın sürücüsü hələlik bilinməyən səbəblərdən qarşı yola çıxıb. Burada da sərnişin mikroavtobusu ilə toqquşub.
Telegram kanalımız