Bu gün Azərbaycandan Rusiyaya daha bir 306 min ədəd yumurta partiyası gətirilib.
Yenisabah.az xəbər verir ki, bu barədə "Rosselxoznadzor" məlumat yayıb.
Yanvarın 26-da Rusiyaya sonrakı satış üçün Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə Azərbaycandan 18 ton (306 min ədəd) həcmində daha bir partiya ərzaq yumurtası gətirilib. Mallar müvəqqəti saxlanc anbarına daxil olduqdan sonra mütəxəssislər qida məhsullarının keyfiyyətini və təhlükəsizliyini yoxlamaq üçün nümunələr götürüblər. Toyuqlu pizza
Ümumən Azərbaycandan Rusiyaya 4,5 milyon yumurta idxal edilib.
Azərbaycandan Rusiyaya ərzaq yumurtalarının tədarükü 2023-cü il dekabrın 19-dan başlayıb.
Telegram kanalımız