Azərbaycandan saxta diplom alan “professor”a 55 il həbs verildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycandan saxta diplom alan “professor”a 55 il həbs verildi

Dünya

07 Aprel 2019 16:50 2217


Türkiyədə 2018-ci ildə həbs olunan saxta professora 55 il həbs cəzası verilib.

“Yeni Sabah” xəbər verir ki, 40 yaşlı Əmrə Nuri Qorqud Azərbaycan Universiteti və Pesilivaniya Universitetinin saxta diplomları ilə kəkələmək və düzgün danışmaq üzrə mərkəz yaradıb. Şikayət əsasında Türkiyə polisi araşdırma aparıb və onun həmin diplomlarla bərabər çoxlu sayda saxta sertifikatları da aşkar edilib.

Onun haqqında aparılan araşdırma zamanı 33 nəfərə qarşı fırıldaqçılıq etdiyi bəlli olub. Məhkəmə hər zərərçəkənə vurulan ziyana görə Əmrə Nuriyə 1.8 il, ümumilikdə 55 il həbs cəzası verib.  Dördpendirli pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!