Azərbaycandan uçuşların sayı 22 % artıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycandan uçuşların sayı 22 % artıb

Turizm

13 İyul 2024 15:42 22683


Bu ilin yanvar-iyun aylarında Azərbaycandan 12 255 aviareys təşkil olunub.

Yenisabah.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,2 % çoxdur.

Hesabat dövründə Azərbaycandan ən çox Rusiyaya 3 624 reys təşkil olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,9 % çoxdur. Toyuqlu pizza

Təkcə iyun ayında Azərbaycandan 2477 aviareys təşkil olunub. Bu da 1 il əvvələ nisbətən 24,4 % çoxdur. İyunda isə Rusiyaya 727 reys təşkil olunub ki, bu da ötən ilin may ayı ilə müqayisədə 18,5 % çoxdur.

6 ay ərzində Rusiyadan sonra ən çox Azərbaycandan Türkiyəyə aviareys təşkil olunub. Bu ölkəyə 2 620 reys olub ki, bu da illik müqayisədə 8,8 % çoxdur.

İlk üçlüyə Birləşmiş Ərəb Əmirlikləri 1 522 reyslə (+39,8 %) daxil olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!