Azərbaycandan Ukrayna haqda rəsmi açıqlama: “Mövcud durumda...”

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycandan Ukrayna haqda rəsmi açıqlama: “Mövcud durumda...”

Siyasət

25 Fevral 2022 14:12 975


Azərbaycan xarici işlər nazirinin müavini Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Polşa sədrliyi tərəfindən Daimi Şurasının xüsusi iclasında çıxışı zamanı Ukraynadakı vəziyyətə toxunub.

“Yeni Sabah” xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatına görə, xarici işlər nazirinin müavini Araz Əzimov Ukraynada və ətrafındakı vəziyyətin ciddi narahatlıq doğurduğunu qeyd edib. "Vəziyyətin gərginləşməsinin itkilərin olmasına səbəb olduğu qeyd edilərək, həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı bildirilib.

Mövcud vəziyyətin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, o cümlədən dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, habelə ATƏT məkanında təhlükəsizliyin bölünməzliyi əsasında dinc və diplomatik yollarla həllinin vacib olduğu vurğulanıb. pizza mizza

Mövcud durumda, vəziyyətin daha da pisləşməsinin qarşısının alınması üçün təxirəsalınmaz dialoqa çağırış edilib,” Xarici Işlər Nazirliyinin Mətbuat xidməti idarəsi bildirib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!