Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərildi

Siyasət

12 Mart 2022 15:19 441


Azərbaycan dövləti tərəfindən Ukrayna xalqına humanitar yardım məqsədilə təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi üçün dərman vasitələri və tibbi sərf, eləcə də ərzaq və qida məhsullarından ibarət növbəti yardım bugün yola salınıb.

XİN-dən Yenisabah.az-a verilən xəbərə görə, ümumi məbləği 5,5 milyon avrodan artıq olan 380 tonluq humanitar yardımın Polşanın Rjeşov hava limanına çatdırılması üçün ilk təyyarə 12 mart saat 09:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola düşüb. Yardımın daşınması məqsədilə gün ərzində növbəti uçuşların həyata keçirilməsi nəzərdə tutulub.

Xatırladılıb ki, Ukraynadakı vəziyyətlə əlaqədar ölkə rəhbərliyinin tapşırığı ilə Azərbaycan tərəfindən Ukraynaya dərman vasitələri, tibbi sərf, cihaz və avadanlıqlardan ibarət 5.5 milyon avro məbləğində ilk humanitar yardım böhranın ilk günlərində 27 fevral tarixində göndərilib. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!