Azərbaycanı iqtisadi rəqabətdə məğlub etmək mümkün olmadı - Paşinyan

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanı iqtisadi rəqabətdə məğlub etmək mümkün olmadı - Paşinyan

Rəsmi

27 İyun 2023 10:42 2136


Belə bir versiya var ki, məsələn, 27 oktyabr 1999-cu il hadisələri danışıqlar prosesi ilə, xüsusən də ərazilərin mübadiləsi konsepsiyası ilə bağlıdır.

Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan44 günlük müharibənin şəraitinin öyrənilməsi üzrə istintaq komissiyasının iclasında bildirib.

O əlavə edib: "Bu, hələ cinayət qanunvericiliyində sübuta yetirilməmiş və əsaslandırılmamış versiyadır, lakin onun istintaq predmetinə çevrilməsi mümkündür". Marqarita pizza

Baş nazir qeyd edib: “1994-cü ildə atəşkəs elan olunanda müharibədə Ermənistan tərəfinin qalib gəldiyi, Azərbaycan tərəfinin isə uduzduğu qeyd edildi. Bundan sonra 20 il ərzində Azərbaycan əhalisi demək olar ki, 2 dəfə artdı, Ermənistanın əhalisi xeyli azaldı. Bəs qələbə kimin oldu, niyə bu qələbə nəticəsində Ermənistanın əhalisi artmadı, əksinə azaldı, niyə bu qələbə nəticəsində Azərbaycanı iqtisadi rəqabətdə məğlub etmək mümkün olmadı? Bu, təhlükəsizliklə, hərbi büdcə ilə bağlıdır. Bilirik ki, 1997-1998-ci illərdə Qarabağ məsələsi daxili siyasi aspektdə çox önəmli idi”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!