TƏCİLİ! Azərbaycanı təhqir edən Amuli   ÖLDÜRÜLDÜ

saytların hazırlanması

Evə çatdırılma

TƏCİLİ! Azərbaycanı təhqir edən Amuli ÖLDÜRÜLDÜ

Hadisə

06 Mart 2026 20:27 5166


İranda yüksək vəzifəli din xadiminin ölümü ilə bağlı məlumatlar yayılıb. Söhbət ölkənin Ərdəbil əyalətində fəaliyyət göstərən tanınmış dini fiqurlardan biri – Həsən Amulidən gedir.

"Yeni Sabah" xəbər verir ki, yayılan məlumatlara görə, Əli Xaməneinin Ərdəbil əyalətindəki nümayəndəsi və şəhərin cümə imamı olan Həsən Amulinin öldüyü bildirilir. Bu barədə İranda fəaliyyət göstərən sosial şəbəkə fəalları müxtəlif paylaşımlar edərək məlumat yayıblar.

İddialara əsasən, Həsən Amuli ABŞ və İsrail tərəfindən İrana qarşı həyata keçirilən hava zərbələri zamanı həyatını itirib. Hadisənin hansı şəraitdə baş verdiyi və hücumun dəqiq harada həyata keçirildiyi ilə bağlı hələlik rəsmi mənbələr tərəfindən ətraflı açıqlama verilməyib. Dominos pizza

Hazırda İranın rəsmi qurumları bu məlumatı nə təsdiqləyib, nə də təkzib edib. Buna görə də məlumatın dəqiqliyi ilə bağlı müxtəlif müzakirələr davam edir. Bununla belə, sosial mediada yayılan xəbərlər qısa müddətdə geniş rezonans doğurub.

Qeyd edək ki, Həsən Amuli son illərdə Azərbaycanla bağlı səsləndirdiyi bəzi sərt və mübahisəli açıqlamaları ilə də gündəmə gəlmişdi. Xüsusilə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi zamanı və müharibədən sonrakı dövrdə onun Azərbaycan dövləti və xalqı barədə səsləndirdiyi bəyanatlar cəmiyyətdə ciddi narazılıq yaratmışdı./NOCOMMENT.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!