Azərbaycanın 6 teatrında direktor yeri boşdur

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın 6 teatrında direktor yeri boşdur

Mədəniyyət

26 Noyabr 2025 10:17 975


Hazırda ölkədə bir çox teatrında direktor vəzifəsi boş qalıb.

Ən son boşalan yer Şuşa Dövlət Musiqili Dram Teatrındadır. Əməkdar artist Yadigar Muradovun vəfatından sonra direktor vəzifəsinə təyinat olmayıb. Hələlik həmin vəzifəni müvəqqəti olaraq Əməkdar artist Azad Məmmədov icra edir.

“Yeni Sabah” direktor vəzifələri boş qalan digər teatrların siyahısını təqdim edir: Dominos pizza

Füzuli Dövlət Dram Teatrnda hazırda direktor vəzifəsini direktorun müavini Azər Abbasov icra edir. Əvvəl bu vəzifəni mərhum Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev icra edirdi. O, noyabrın 4-də vəfat edib.

Qax Dövlət Kukla Teatrnda müvəqqəti olaraq direktor vəzifəsini Yusif Abdurrəhmanovicra edir. O həm də teatrın baş rejissorudur.

Təyinat 3 aydan bir dəyişir.

Bundan öncə teatrda direktor vəzifəsini Seymur Vəliyev icra edirdi.

Mingəçevir Dövlət Dram Teatrnda direktor vəzifəsini hazırda Şəlalə Sədrəddinova icra edir. O həmin vəzifəyə müvəqqəti olaraq təyin edilib. Rəsmi təyinatın nə vaxt olacağı barədə hələlik dəqiq məlumat yoxdur. Bundan öncə teatrda direktor vəzifəsini İntiqam Soltan icra edirdi.

Lənkaran Dövlət Dram Teatrında hazırda direktor vəzifəsini teatrın baş rejissoru Oruc Qurbanovicra edir.  Əvvəlki direktoru Laləzar Hüseynova idi.

İrəvan Dövlət Azərbaycan Dram Teatrında direktor vəzifəsini müvəqqəti olaraq Zivər Abbasova icra edir. Bu ilin sentyabr ayında İftixar Piriyev teatrın direktoru vəzifəsindən azad olunub.

Aydan Hacı   


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!